Iquain "Çelsi"də

"Çelsi" qış transfer pəncərəsində heyətini gücləndirib. SportLine.az xəbər verir ki, "zadəganlar" "Yuventus"un futbolçusu Qonzalo İquaini heyətinə qatıb.

Klubun rəsmi saytının yaydığı məlumata görə, 31 yaşlı futbolçu mövsümün sonunadək London klubunun şərəfini qoruyacaq.

Mövsümün sonunda isə "Çelsi" 36 milyon avro müqabilində futbolçunu birdəfəlik almaq niyyətindədir.

Qeyd edək ki, Q.İquain bundan öncə icarə əsasında "Milan"da çıxış edirdi.