İranlı futbolçular Qəbələdə

Bu günlərdə iranlı futbolçular Qəbələdə qonaq olublar.

Sportline.az xəbər verir ki, Ərdəbil şəhərini təmsil edən "İranian" Futbol Klubunun aşağı yaş qrupları üzrə komandalarının əyalətə səfəri bu gün başa çatıb.

Səfər çərçivəsində bir neçə yoldaşlıq görüşü keçirilib. "Qəbələ"nin U-10 komandası 4 dəfə (3:4, 4:1, 3:6, 4:7), U-11 komandası 2 dəfə (7:0, 1:0), U-11-2 komandası 1 dəfə (0:4), U-12 komandası 1 dəfə (3:0), U-14 komandası 2 dəfə (6:3, 2:0), U-15 komandası isə 2 dəfə (1:0, 1:0) rəqibi sınağa çəkib.

İki akademiyanın rəhbərliyi arasında görüş keçirilib, qonaqlara akademiyanın iş prinsipi haqqında məlumat verilib. Qarşılıqlı əməkdaşlığı davam etdirmək üçün danışıqlar aparılıb.

"Qəbələ" İran klubu ilə əməkdaşlığa başlayır? -

"Qəbələ" İran klubu ilə əməkdaşlığa başlayır? -

"Qəbələ" İran klubu ilə əməkdaşlığa başlayır? -

"Qəbələ" İran klubu ilə əməkdaşlığa başlayır? -