İrlandiya millisi Azərbaycanın qrupunda lider oldu

19 yaşadək futbolçuların Avropa çempionatının elit-raund mərhələsinin görüşləri keçirilir. SportLine.az xəbər verir ki, Rusiyada təşkil olunan I qrupun oyunlarında ilk tur yekunlaşıb.

Azərbaycanın U-19 komandası meydan sahibləri ilə qolsuz heç-heçəyə razılaşıb. Digər görüşdə Rumıniyanı 5:0 hesabı ilə üstələyən İrlandiya millisi zirvəyə yüksəlib. 

Qeyd edək ki, Azərbaycan seçməsinin növbəti rəqibi İrlandiya futbolçuları olacaq. Görüş 23 mart, Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

Ermənistanda təşkil olunacaq final mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaq.