İştvan Kovaç: "Buna görə biz üzr istəyəsi deyilik"

Macarıstan millisinin üzvü İştvan Kovaç Azərbaycanla oyunla bağlı fikirlərini bildirib.

Sportline.az xəbər verir ki, o, "AVRO-2020"nin seçmə mərhələsində 1:0 hesabı ilə qalib gəldikləri oyunun 90+3-cü dəqiqədə millimizin sayılmayan qoluna da münasibət bildirib: 

"Oyunun sonları yaxınlaşdıqca belə halla üzləşə biləcəyimiz barədə düşünürdüm. Son dəqiqələrdə qol buraxmaq və final mərhələsi şansını itirməkdən qorxurdum. Sevinirəm ki, qorxduğumuz başımıza gəlmədi. Hərçənd, rəqib qol da vurmuşdu. Eşitdim ki, bu, təmiz qol idi. Amma bu qol təmiz vurulsa da, bizim problemimiz deyil. Buna görə biz üzr istəyəsi deyilik. Bir neçə dəfə qol imkanım olsa da istifadə edə bilmədim. Amma yaxşı komandalar elə 1:0 hesabı ilə qalib gəlməyi bacarır”.