İslandiya dünya çempionatını boykot etdi

İslandiya hökuməti Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını diplomatik boykot edib. 

Sportline.az Newsru.co.il-ə istinadən xəbər verir ki, İslandiya millisi yarışa qatılsa da, İslandiya rəsmilərindən heç kim futbolçuları müşaiyət etməyəcək. 

Xatırladaq ki, iki həftə əvvəl Böyük Britaniya hökuməti də eyni bəyanatla çıxış etmişdi.