İslandiya - Estoniya görüşü azərbaycanlı hakimə həvalə olundu

FİFA referimiz Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisi 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 2-cı qrupunda İslandiya-Estoniya oyununun baş hakimi olacaq. 

Ona Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək İslandiya-Estoniya matçı Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.