İslandiya millisinin qapıçısı "Qarabağ"da
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" heyətini İslandiya millisinin üzvü ilə gücləndirməyə hazırlaşır.
SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi Skandinaviya təmsilçisinin qapıçısı Hanes Tour Haldoursonu transfer etmək üzrədir. Bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. Xəbərdə futbolçunun adı açıqlanmasa da, paylaşımda Hanes Tour Haldoursona işarə vurulub.
Yerli mətbuatda yayılan məlumatlarda da, artıq 34 yaşlı qolkiperlə razılıq əldə olunduğu deyilir. Yaxın günlərdə transferin rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Haldourson DÇ-2018-in 1-ci turunda Argentina ilə keçirilən oyunda (1:1) Lionel Messinin penaltisini dəf etməklə oyunun qəhrəmanına çevrilmişdi.
Xatırladaq ki, "Qarabağ" qapıçılarından İbrahim Şehiç və Anton Kanibolotski ilə yollarını ayırıb.