İslandiyada Türkiyə millisinə qarşı hörmətsizlik

Dünya çempionu Fransa millisinə 2:0 hesabı ilə qalib gələn Türkiyə seçməsi, Reykyavik hava limanında əsl şok yaşayıb. Sportline.az xəbər verir ki, komandanın üzvləri İslandiya paytaxtının sərhəd-buraxılış məntəqəsində iki saat saxlanılıblar.

Bundan başqa milli komandanın yükləri və futbolçuları şəxsi əşyaları ciddi yoxlamaya məruz qalıb. Ən maraqlısı da odu ki, özünü müxbir kimi təqdim edən islandiyalılardan biri media nümayəndələrinin arasından Türkiyə yığmasının kapitanı Əmrə Belözoğluna müsahibə zamanı mikrofon əvəzinə tualet fırçası uzadıb.

Bütün bunlar isə Türkiyə tərəfinin narazılığına səbəb olub.

Məsələyə Türkiyə hökumətinin reaksiyası da gecikməyib. Xarici işlər naziri Mövlud Çavuşoğlu "tvitter” hesabından açıqlama yayıb. "Millimizin hava limanında qarşılaşdığı mənzərə nə diplomatik, nə də insani dəyərlər baxımından qəbuledilməz. Millətimizin şübhəsi olmasın, bunun hesabını soruşacağıq”.

Qeyd edək ki, İslandiya – Türkiyə matçı sabah Bakı vaxtı ilə 22-45-də başlanacaq.