İspaniya klubu "Qarabağ"ın futbolçusu ilə maraqlanır
"Qarabağ"ın futbolçusu Dani Kintana karyerasını İspaniyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Las Palmas" 31 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Onunla artıq danışıqlara başlanılıb.
Qeyd edək ki, D.Kintananın Ağdam təmsilçisi ilə müqaviləsi iyunun 30-u başa çatır.
Xatırladaq ki, "Las Palmas" ötən mövsüm La Liqada çıxış edib.Komanda 19-cu yeri tutduğu üçün elitanı tərk edib.
qol.az