İspaniya millisindən fantastik göstərici
DÇ-2018-in 1/8 final mərhələsi çərçivəsində keçirilən İspaniya - Rusiya oyununda Pireney təmsilçisi fantastik göstərici ilə yadda qalıb. SportLine.az FİFA-nın saytına istinadən xəbər verir ki, İspaniya millisi 120 dəqiqə davam edən oyunda 1139 ötürmə edib. Bu da dəqiqəyə 9,5 ötürmə deməkdir. Bu ötürmələrdən 1029-u dəqiq alınıb.
Xatırladaq ki, Rusiya penaltilər seriyasında İspaniyanı üstələyib.