İsrail millisində oynamış azərbaycanlı "Sumqayıt"la anlaşıb

"Sumqayıt" klubu, heyəti daha bir futbolçunu heyətə qatmağa yaxındır. 

Sportline.az xəbər verir ki, Təl-Əviv "Hapoel"inin azərbaycanlı futbolçusu Əmir Ağayevlə bu gün müqavilə imzalanacağı gözlənilir.

Bu haqda İsrail mətbuatı məlumat yayıb.

Qeyd edək ki, 26 yaşlı Ağayev İsrailin aşağı yaş qrupları üzrə milli komandalarında oynayıb.