İstanbul derbisində "Beşiktaş" qalib gəldi
Türkiyə Super Liqasında 14-cü tur İstanbul derbisi ilə yadda qalıb. SportLine.az xəbər verir ki, əzəli rəqiblər - "Beşiktaş" və "Qalatasaray" münasibətləri birincilərin meydanında aydınlaşdırıb.
Gərgin mübarizə şəraitində keçən görüşün taleyini bir qol həll edib. Adem Lyayiç penaltidən vurduğu qolla "qara qartal"a qələbə qazandırıb.
Bu nəticədən sonra "Beşiktaş" xalını "Qalatasaray"la bərabərləşdirib və əlavə göstəricidə onu üstələyib.
Standings provided by Sofascore LiveScore