İstanbul derbisində dava

Türkiyə superliqasının 11-ci turunun “Qalatasaray” – “Fənərbaxça” görüşündən sonra meydanda ara qarışıb.

Sportline.az xəbər verir ki, Yones Belhanda ilə qonaqların hücumçusu Roberto Soldado mübahisə edərkən, Belhandaya yaxınlaşan “Fənərbaxça”nın digər futbolçusu Jailson rəqibinin sifətinə şillə vurmaqla kütləvi davaya səbəb olub.

Nəticədə “Fənərbaxça”dan Jailson və Soldado, “Qalatasaray”dan isə Badu Ndiaye qırmızı vərəqə ilə cəzalandırılıb.