İstanbul derbisinin hakimləri açıqlandı

Türkiyə Super Liqasının növbəti turunda keçiriləcək "Qalatasaray" - "Fənərbağça" matçının hakim təyinatları açıqlanıb. SportLine.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, derbi Fırat Aydınusa həvalə olunub. Ona Sərkan Ok və Aleks Taşçıoğlu kömək edəcək.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" dueli noyabrın 2-i saat 22:00-da başlanacaq.