İstanbul derbisinin hakimləri müəyyənləşdi
Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində keçiriləcək "Beşiktaş" - "Qalatasaray" oyununun hakimləri açıqlanıb. SportLine.az xəbər verir ki, matç Cüneyt Çakıra həvalə olunub.
Ona Bahattin Duran və Tarık Onqun kömək edəcək. Koray Gençerler isə dördüncü hakim olacaq.
Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" oyunu dekabrın 2-i, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.