İsveç millisi təxliyə olunub
İsveç millisinin üzvləri Samarada məskunlaşdıqları oteldən təxliyə olunublar.
Sportline.az championat.com saytına istinadən xəbər verir ki, buna yanğın təhlükəsi səbə olub.
Bu gün səhər saatlarında oteldə yanğın siqnalizasiyası işə düşüb. Təcili oteli tərk edən İsveç millisinin üzvlərindən heç kim xəsarət almayıb.
Təhlükə sovuşduqdan sonra onlar otelə qayıdıblar.
Qeyd edək ki, İsveç millisi bu gün saat 18-də İngiltərə seçməsi ilə 1/4 final matçına çıxacaq.