İsveçrə millisinin baş məşqçisinin Bakı problemi
"Püşkdən əvvəl də demişdim ki, Romada İtaliya ilə qarşılaşmaq istəyirik. İnanıram ki, bu, qarşılıqlıdır. Yeganə problem Bakı ilə olan məsafədir. Nəyi necə edəcəyimizi planlaşdırmalıyıq”.
Sportline.az xəbər verir ki, bu sözləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç AÇ-2020-nin final mərhələsinin püşkünü dəyərləndirərkən deyib. O, 2-ci yer uğrunda mübarizə aparacaqlarını bildirib: “İtaliya favoritdir. Digər üç yığma 2-ci yer uğrunda mübarizə aparacaq. İtalyanlar Avropa çempionu ola bilərlərmi? Bəli, namizədlər arasında onlar da var. Digər tərəfdən, evdə oynamaq üstünlükdür. Romada cəmi 1 oyun keçirəcəyik”.
A qrupunda İsveçrə və İtaliya seçmələri ilə yanaşı, Türkiyə və Uels yığmaları da yer alıb. Bu qrupun 3 oyunu - iyunun 13-də Uels - İsveçrə, 17-də Türkiyə - Uels, 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda keçiriləcək.