İtaliya futbolunda canlanma

İtaliyada mayın 4-dən oyunçulara fərdi məşqlərə, mayın 18-dən isə komandalara məşq etməyə icazə veriləcək.

Sportline.az xəbər verir ki, bunu ölkənin baş naziri Cüzeppe Konte bildirib

"Mayın 4-dən açıq havada, parklarda, ən azı iki metrlik distansiyaya riayət etməklə, idmanla məşğul olmaq mümkün olacaq. İdmançılar həmçinin fərdi intizamla idman mərkəzlərində, amma məsafə qaydalarına riayət etməklə məşq edə bilərlər.

Peşəkar futbol klubları və başqa idman növlərinin komandalarının məşqləri mayın 18-dən başlanacaq.

Yaxın günlərdə biz idman naziri Vinçenso Spadafora ilə çempionatın yenilənməsi haqda müzakirəni davam etdirəcəyik.” - baş nazir  belə deyib.

Qeyd edək ki, İtaliyada koronavirus qurbanlarının sayı 26 644 nəfərə çatıb.