İtaliya futbolunda növbəti qalmaqal

"İnter"in baş məşqçisi Antonio Konte təhdidə məruz qalıb.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, içərisində güllə olan anonim məktub alıb.

Polis məsələ ilə bağlı istintaqa başlayıb və 50 yaşlı mütəxəssisin təhlükəsisliyini üzərinə götürüb. 

Qeyd edək ki, Antonio Konte mövsümün əvvəlində "İnter"in baş məşqçisi təyin olunub.