İtaliya klubunda yeni baş məşqçi

İtaliyanın “Fiorentina” klubunun yeni baş məşqçisinin adı açıqlanıb. 

Sportline.az  xəbər verir ki, söhbət Cüzeppe Yakinidən gedir.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 55 yaşlı mütəxəssisin təqdimatı dekabrın 28-də keçiriləcək.

Qeyd edək ki, Yakini bundan əvvəl “Sampdoriya”, “Udineze”, “Sassuolo”, “Empoli” klublarını çalışdırıb.