İtaliyada "ən yaxşı" müəyyənləşdi

İtaliya A Seriyasında ilin ən yaxşı baş məşqçisi müəyyənləşib. SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, "Yuventus"un çalışdırıcısı Massimiliano Alleqri 4-cü dəfə İtaliyanın ən yaxşısı seçilib.

"Qızıl skamya" mükafatına layiq görülən 51 yaşlı mütəxəssis  "Napoli"ni İngiltərənin "Çelsi" komandasına dəyişən Mauritsio Sarri və "Latsio"nun sükanı arxasındakı Simone İnzagini 9 səs qabaqlayıb. 

Bununla da, M.Alleqri yeni rekord müəyyənləşdirib. O, hərəyə 3 dəfə ən yaxşı sayılmış Marçello Lippi, Antonio Konte və Fabio Kapellonu üstələyib. Alleqri 2011-ci ildə "Kalyari"də, 2015 və 2016-cı illərdə isə Yuventus"da ən yaxşı baş məşqçi sayılıb.