İtaliyada mövsümün futbolçusu və baş məşqçisi müəyyənləşdi

İtaliyada mövsümün futbolçusu və baş məşqçisinin adı açıqlanıb. 

SportLine.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "ən yaxşı futbolçu" nominasiyasında "İnter"in hücumçusu Maruo İkardi qalib gəlib. Argentinalı futbolçu 34 oyuna 29 qolla Çiro İmmobile ("Latsio") ilə birgə mövsümün bombaridiri olub.

Ən yaxşı baş məşqçi adına isə "Yuventus"un çalışdırıcısı Massimiliano Alleqri layiq görülüb. 

Qeyd edək ki, mütəxəssisin rəhbərlik etdiyi komanda ötən mövsüm çempion adını qazanıb. Hazırda isə A Seriyasının lideridir.