İtaliyalı futbolçu "Neftçi"yə keçir
"Neftçi" italiyalı futbolçu Canluka Sansoneni transfer etməyə yaxındır. SportLine.az "Alfredopedulla.com" saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu ilə razılıq əldə olunub.
"Torino", "Sampdoriya", "Bolonya" kimi klublarda çıxış etmiş C.Sansonenin sonuncu iş yeri "Novara" olub.
Hazırda azad agent statusu daşıyan futbolçunun keçidi üçün "Neftçi" heç bir vəsait ödəməyəcək.