İtaliyalı futbolçunun "Qarabağ"a keçidi alınmayıb

İtaliya "Udineze"sinin qapıçısı Simone Skuffetin "Qarabağ"a keçidi alınmayıb. 

Sportline.az xəbər verir ki, Azərbaycan çempionunun 23 yaşlı qolkiperi sonradan birdəfəlik əldə etmək şərti ilə icarəyə götürmək üçün qarşı tərəfə 500 min avro təklif edib. İtaliya klubu bu məbləğlə razılaşmayıb. 

Qeyd edək ki, müqavilə ilə "Udineze"yə məxsus olan Simone Skuffet icarə əsasında ölkəsinin "Komo" və Türkiyənin "Kasımpaşa" klununun formasını geyinib. O, İtaliya millisinin U-17, U-18, U-19 və U-21 komandalarının da üzvü olub.