İtaliyanın 3 klubu "Arsenal"ın futbolçusuna "elçi düşdü"
"Arsenal"ın futbolçusu Aaron Remsi İtaliya nəhənglərinin hədəfindədir. SportLine.az "Sky Italia"ya istinadən xəbər verir ki, "Yuventus", "İnter" və "Milan" futbolçunun xidmətində maraqlıdır.
Cari mövsümün sonunda "Arsenal"la müqavilə müddəti başa çatacaq uelslinin "Yuve"yə keçidi daha real görünür. Məlumata görə, futbolçu azad agent kimi keçəcəyi komandadan illik 9 milyon funt-sterlinq maaş tələb edir. Turin klubu bu məbləği ödəməyə hazır olduğunu bildirib.
"Calcimercato"nun yaydığı məlumata görə, "İnter" və "Milan" da yarımmüdafiəçini razı salmağa çalışır.
Qeyd edək ki, A.Remzi 2008-ci ildən "Arsenal"a məxsusdur.