Jezniçak "Qarabağ"da

Polşanın "Visla Plotsk" klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Bakıya gəlib.

Sportline.az xəbər verir ki, polşalı müdafiəçi komandasının düşərgəsinə baş çəkib, futbolçularla görüşüb.

32 yaşlı futbolçu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sabah" oyununu izləyəcək.

Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"da çıxış edib.