Jiru Fransaya qayıtmaq istəyir
"Çelsi"nin hücumçusu Olivye Jiru karyerasını Fransada davam etdirə bilər. SportLine.az xəbər verir ki, Qonzalo İquainin "zadəganlar"ın heyətinə qoşulmasından sonra ehtiyatda qalmaq istəməyən futbolçu özünə yeni klub axtarışındadır.
"Goal.com"un məlumatına görə Fransa klubları da O.Jirunun xidmətində maraqlıdır. Futbolçunun cari mövsümün sonunda "Çelsi"ni tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, O.Jiru 2018-ci ildən "Çelsi"də çıxış edir.