Joel Matip "ən yaxşı" oldu
İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportline.az xəbər verir ki, bu, “Liverpul”un müdafiəçisi Joel Matipdir. Bu barədə “qırmızılar”ın rəsmi saytı məlumat yayıb.
28 yaşlı futbolçu Pyer-Emerik Obameyanq (“Arsenal”), Kallum Vilson (“Bornmut”), Rikardo Pereyra (“Lester”), Kevin de Bruyne və Riyad Mahrezi (hər ikisi “Mançester Siti”) qabaqlayaraq, birinci olub.
Qeyd edək ki, Matip “Liverpul”un sentyabr ayında Premyer Liqada keçirdiyi hər 3 oyunda iştirak edib.