Jorjinyo: "Bakıda keçmiş komandamla qarşılaşmağı arzulayıram"

"Çelsi"nin futbolçusu Jorjinyo UEFA Avropa Liqasının finalında əvvəllər şərəfini qoruduğu "Napoli" ilə qarşılaşmaq istəyir.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunundan (“Slaviya” 0:1 "Çelsi") sonra açıqlama verən Braziliya əsilli italiyalı futbolçu "Arsenal"a məğlub olmasına baxmayaraq, Neapol təmsilçisinin yarımfinala yüksələ biləcəyini iddia edib. 

"Napoli"nin hələ də şansı var. "San Paolo" stadionundakı görüş qətiliklə öz rolunu oynayacaq. Onlar bunu edə bilərlər. Bakıda keçmiş komandamla qarşılaşmağı arzulayıram".