Kafuya ağır itki

Braziliya millisinin sabiq futbolçusu Kafunun oğlu dünyasını dəyişib.

Sportline.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, əfsanəvi oyunçunun oğlu Danilo Feliçiano de Morayeş dünən dostları ilə futbol oynayarkən ürək tutmasından dünyasını dəyişib.

30 yaşlı Danilo xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, Kafunun 3 oğlundan ən böyüyü idi.