Kamal Mirzəyevin Küveytdəki debütü uğursuz oldu

"Qəbələ"dən Küveytin "Əl-Salmiyə" klubuna transfer olan Kamal Mirzəyev debüt matçını keçirib.

Sportline.az xəbər verir ki, "Əl-Salmiyə" Ərəb Çempionlar Kubokunun ilk mərhələsində İraqın "Al-Kuva" klubuna səfərdə 1:3 hesabı ilə uduzub.

Cütün cavab görüşü bir həftə sonra reallaşacaq.

Kamal Mirzəyev bu qarşılaşmada start heyətdə yer alıb və sonadək mübarizə aparıb.