Kamran Ağayevin durumuna tam aydınlıq gətirildi

Topaz Premyer Liqasının 22-ci turunun "Neftçi" ilə oyununda (0:1) zədələnən "Keşlə"nin qapıçısı Karam Ağayevin durumuna aydınlıq gətirilib.

Sportline.az xəbər verir ki, müayinə 33 yaşlı qolkiperin qolunda çat aşkarlayıb.

Həkimlərin qənaətinə görə, milli komandanın üzvü, təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Təcrübəli futbolçu üçün, mövsümün vaxtından əvvəl başa çatdığını söyləmək olar.