Kamran Əliyev oynadı, komandası qələbə çaldı

Futbol üzrə Rusiya çempionatının I Divizionunda 24-cü turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, U-21 millimizin sabiq üzvü Kamran Əliyevin çıxış etdiyi “Ximki” də növbəti matçına çıxıb.

Doğma meydanda “Çertanovo” ilə qarşılaşan "Ximki", qələbə qazanıb – 3:1.

Kamran da bu görüşün iştirakçısı olub. O, 66-cı dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 7 qol vuran azərbaycanlı forvard bu dəfə fərqlənə bilməyib.

“Ximki” 24 turdan sonra 49 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.