Kamran Əliyev Rusiyada dubl etdi

Rusiya I Divizionunda 17-ci tura yekun vurulub.

Sportline.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Kamran Əliyevin çıxış etdiyi "Ximki" "Mordoviya"nı qəbul edib. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Kamran Əliyev oyuna start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. 20 yaşlı futbolçu 6-cı dəqiqədə hesabı açıb. 47-ci dəqiqədə Kamran komandasının üçüncü qoluna imza atıb. Əliyev bu mövsüm vurduğu qolların sayını yeddiyə çatdırıb.

"Ximki" 37 xalla turnir cədvəlində 2-ci yerdə qərarlaşıb. Lider "Torpedo"nun 43 xalı var.