Kamran Əliyevdən Rusiyada qələbə qolu

Rusiya birinci divizionunda 10-cu turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının futbolçusu Kamran Əliyevin çıxış etdiyi “Ximki” səfərdə “Şinnik”ə 1:0 hesabı ilə qalib gəlib.

Start heyətdə meydana çıxan Kamran matçın 47-ci dəqiqədə qələbə qolunun müəllifi olub. 20 yaşlı hücumçu 76-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Kamran bu mövsüm 4 qol vurub. Onun komandası  10 turdan sonra 24 xalla  2-ci pillədə qərarlaşıb.