Kante 6,7 milyon funt-sterlinq vergi ödəyəcək
Fransalı futbolçu N'Qolo Kantenin "Çelsi" ilə imzaladığı yeni müqavilə onun ödəyəcəyi vergi məbləğinə də təsir edib.
SportLine.az "The Sun"a istinadən xəbər verir ki, yeni müqavilənin şərtlərinə əsasən, futbolçu ilinə 15 milyon funt-sterlinq qazanacaq. Onun illik ödəyəcəyi vergi məbləği isə 6,7 milyon futn-sterlinq olacaq.
Kante bu göstərici ilə nəhəng şirkətləri arxada qoyub. Məlumata görə, Böyük Britaniyada fəaliyyət göstərən "Sarbaks" və "Amazon" kimi şirkətlərin birlikdə illik vergi məbləği 6,2 milyon funt-sterlinqdir.

Qeyd edək ki, Kante yeni müqaviləsi ilə "Çelsi"nin heyətində ən çox məvacib alan futbolçuya çevirilib.
"Çelsi"nin ən çox məvacib alan futbolçuları (həftəlik funt-sterlinqlə):
1. N'Qolo Kante - 290,000
2. Eden Azar - 200,000
3. Kepa Arrisabalaqa - 192,000
4. Sesk Fabreqas - 156,000
5. Jorjinyo - 150,000