Kapiç: "Bakıda bizi çətin oyun gözləyir"
"Şerif” – "Qarabağ” oyununda (1:0) yeganə qolun müəllifi olan Rifet Kapiç müsahibə verib. Sportline.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan oyunçu ilk görüş və vurduğu qol haqda fikirlərini bölüşüb, cavab qarşılaşması haqda düşünüdüklərini deyib.
- Rifet, birinci qarşılaşma haqda ümumi fikirlərin necədi?
- Oyun mürəkkəb və çətin alındı. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Yaxşı mübarizə apardıq, layiqli qələbə qazandıq. Əsas odur ki, sakitliyimizi qoruyuruq. Cavab matçına da lazımi səviyyədə köklənmişik. Bakıya müsbət nəticə ilə gedirik.
- Vurduğun qolu təsvir et...
- Təxvirolunmaz duyğudu. Oyundan sonra hər şeydən razı idim. Komandama kömək edə biləndə özümü xoşbəxt sayıram. Hər görüşə yüz faiz hazır olmaq, bacardığımı meydanda qoymağa çalışıram.
- Rəqib qapısına ikinci dəfə yol tapmaq üçün bir neçə şans yaxaladız. Hesab arasındakı fərqi artırmağa nə mane oldu?
- Elədi. Məncə, son nöqtəni qoymaq baxımından əziyyət çəkdik. Hərçənd nəticədən razıyıq.
- İkinci qarşılaşma necə alınacaq?
- Bizi çətin səfər qarşılaşması gözləyir. Özümə və komandama inanıram. Müdafiədə diqqətli oynamalı və hücumda şansımızı gözləməliyik. "Qarabağ” güclü rəqibdi. Amma biz artıq ilk görüşdə müsbət nəticəyə nail olmuşuq.
- "Qarabağ”ın erkən qol vurmağa çalışacağını gözləməyə dəyər?
- Hə. Onlar ilk dəqiqədən hücuma atılaraq qapımıza yol tapmağa çalışacaqlar. Lakin bizim də yaxşı keyfiyyətlərimiz var. Oyun intizamını qorumalıyıq.