"Karyeramda yeni səhifə açdım" - Cavid İmamverdiyev

"Sabah"ın yeni transferi Cavid İmamverdiyev klubun mətbuat xidmətinə açıqlama verib. SportLine.az xəbər verir ki, futbolçu paytaxt təmsilçisinə keçidindən məmnunluğunu dilə gətirib:

“Sabah”a keçməklə karyeramda yeni səhifə açdım. Klub ilk dəfə Premyer Liqada çıxış edəcək. Yeni komanda yığılır. “Sabah”a keçdiyimə görə məmnunam. Komandanın Premyer Liqada uğurlu çıxışına öz oyunumla töhfə vermək istəyirəm. Əsas məqsədim həm klub rəhbərliyinin, həm də baş məşqçinin mənə olan etimadını tam doğrultmaqdı”.

Qeyd edək ki, C.İmamverdiyevin sonuncu iş yeri "Sumqayıt" klubu olub.