Kavanidən "Neftçi"də oynamış qardaşına mesaj

2007/2009-cu illərdə Bakının "İnter", 2009/2010-cu illər mövsümündə isə "Neftçi" klublarının formasını geyinən Valter Quqlemon, agenti olduğu məşhur qardaşı Edison Kavaninin "Yuventus"a keçidini həll etmək niyyətindədir. 

Sportline.az xəbər verir ki, PSJ ilə müqaviləsi mövsümün sonunda bitəcək uruqvaylının özü də Turin klubuna can atır. 

32 yaşlı hücumçu istəyini qardaşı və agenti Valter Quqlemona çatdırıb.

Qeyd edək ki, Edison Kavanini, İtaliyada "Palermo" və "Napoli" komandalarında oynayıb.