Kayl Skot "Nyukasl"a keçdi

"Çelsi"nin yarımmüdafiəçisi Kayl Skot "Nyukasl"a keçib.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə artıq müqavilə imzalanıb. Ancaq sözləşmənin detalları barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, 2018-ci ilin fevralında "Çelsi"nin heyətində debüt edən gənc futbolçu ötən mövsümü icarə əsasında Hollandiya təmsilçisi "Telstar"da keçirib.