Kayl Uolker daha 5 il "Mançester Siti"də

"Mançester Siti" futbolçusu Kayl Uolkerlə yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, 2017-ci ildə "Tottenhem"dən Mançester təmsilçisinə keçən K. Uolker indiyə kimi 100 oyuna çıxıb.