Keçmiş "Qalatasaray"lı "Trabzonspor"a keçdi

İngiltərənin "Stok Siti" klubunda çıxış edən Badu Ndiaye Türkiyəyə qayıdır.

Sportline.az "Daily Telegraph"a istinadən xəbər verir ki, "Trabzonspor" seneqallı yarımmüdafiəçini satın alma şərti ilə icarəyə götürüb.

Çempionşip klubu 2018-ci ildə "Qalatasaray"dan 16 milyon avroya transfer etdiyi futbolçunu yüksək maaş aldığı üçün göndərməyə qərar verib. 29 yaşlı yarımmüdafiəçinin illik maaşı 2 milyon avrodur. Seneqal millisinin üzvü bu mövsüm 13 oyun keçirib.