Keçmiş "Qəbələ"li Rusiyada "ilin ən yaxşısı" seçildi

Rusiyada ilin ən yaxşı baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, Moskva “Lokomotiv”inin çalışdırıcısı Yuri Syomin bütün həmkarlarını qabaqlayıb. 72 yaşlı mütəxəssis jurnalistlər arasında keçirilən sorğunun qalibi olub.

Syomin 2016-cı ilin avqustundan “Lokomotiv”i çalışdırır. Təcrübəli mütəxəssis 2013/14 mövsümündə “Qəbələ”nin baş məşqçisi olub.