Kepa Sarrini belə "özündən çıxardı"

İngiltərə Liqa kubokunun final görüşü gözlənildiyi kimi gərgin mübarizə ilə yadda qalıb.

Sportline.az xəbər verir ki, əsas və əlavə vaxtda qol vurulmadığından, məsələyə penalti seriyasında aydınlıq gətirilib. Maraqlı məqamlardan biri əlavə vaxtın sonlarında "Çelsi"nin baş məşqçisi Sarri ilə qapıçı Kepa arasında yaşanıb. Çərçivəni Kabolyeraya həvalə etmək istəyən çalışdırıcı, gənc qolkiperin inadı ilə üzləşib. Baş məşqçinin tələbinə qarşı çıxan ispaniyalı qolkiper, penalti seriyasında bir zərbənin qarşısını alsa da, mançesterlilərin qələbəsinə mane ola bilməyib. Zərbələri daha dəqiq yerinə yetirən "Mançester Siti" İngiltərə Liqa kubokun sahib çıxıb.