"Kəpəz" azarkeşlərinə şad xəbər
"Kəpəz” klubunun uzun müddətdir zədəli olan futbolçuları artıq komandanın məşqlərinə qoşulublar.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dieqo Souza, Samir Zərgərov və Şadon Vinçester tam sağalıb. Zədəsi daha ağır qiymətləndirilən Vinçesterin bərpa prosesi gözlənildiyindən də tez baş verib. Özünü yaxşı hiss edən hücumçu artıq kollektivə qoşulub.
Klubun tibbi personalını narahat edən yeganə məqam Kamran Abdullazadənin zədələnməsidir. Məşqdə sıradan çıxan futbolçu müalicə olunur. Yarımmüdafiəçinin diz bağlarında dartılma var.