"Kəpəz" bütün heyətlə vidalaşdı
2018/2019 mövsümündə I divizionda yarışacaq Kəpəz" klubu əsas heyətin bütün futbolçuları ilə yollarını ayırıb.
Sportline.az, xəbər verir ki, Gəncə təmsilçisinin əsas komandası əvəzedici heyətin, U-17 və U-19 komandalarının üzvlərindən formalaşdırılacaq.
Bu gün hazırlığa start verən "sarı-göylər”in ilk məşqi Gəncə şəhər stadionunda baş tutub. Komandanın növbəti 3 gün ərzindəki məşqlər Şəmkir Olimpiya İdman Kompleksinin meydançasında olacaq. Hazırlıq prosesində 26 futbolçu iştirak edir. Məşqlərin ilk mərhələsi müəyyən qədər seleksiya xarakteri daşıdığından heyətdə sınaqdan keçirilən oyunçular da yer alıb.
"Kəpəz"in yeni baş məşqçisi Etibar İbrahimovun köməkçiləri də müəyyənləşib. 41 yaşlı mütəxəssisə Orxan Verdiyev və Tariyel Hüseynov yardım edəcək.