"Kəpəz" doğma meydanda məğlub oldu

Azərbaycan I divizionunun 23-cü turunda bu gün daha 2 oyun keçirilib.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, "Kəpəz" Gəncədə "Sumqayıt-2"yə, MOİK isə səfərdə "Neftçi-2"yə məğlub olub.

Turun “Zaqatala” - “Qarabağ-2” matçı isə güclü yağış səbəbindən təxirə salınıb.


17 aprel (çərşənbə)

"Kəpəz" - "Sumqayıt-2" - 1:3
Qollar:
 Fərid Məmmədov, 12 - Fərid Bayramov, 55 (ö.q.), Baxşəli Baxşəliyev, 76, İsmayıl Babayev, 84

"Neftçi-2" - MOİK - 4:1
Qollar:
 Elnur Süleymanov, 8, 11, 62, Əlibəy Məmmədli, 84 - Raul Yaqubzadə, 44 (p.))