"Kəpəz" "Səbail"lə oyunun hazırlığına başladı
Topaz Premyer Liqasının XVIII turunda "Səbail”i qəbul edəcək "Kəpəz” dünənki bərpaedici prosedurun ardından bu gün məşqlərə start verib.
Sportline.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın ilk hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol meydançasında olub.
"Sarı-göylər” fevralın 28-i və martın 1-də Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edəcək. Hazırlıq prosesləri saat 11:00-a təyin olunub. "Kəpəz” oyun öncəsi son məşqinə martın 2-də Gəncə şəhər stadionunda çıxacaq.