"Kəpəz" hazırlıqlara başladı
“Keşlə” ilə ev oyunundan sonra bir gün istirahət edən “Kəpəz”in əsas komandasının üzvləri dünəndən məşqləri bərpa ediblər.
SportLine.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” Topaz Premyer Liqasının 17-ci turunda səfərdə qarşılaşacağı “Qarabağ”la oyuna hazırlaşır. Komanda Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edir. “Kəpəz” fevralın 23-nədək BOS-da çalışmalara çıxacaq.
Qeyd edək ki, heyətdə zədəli futbolçu yoxdur.