“Kəpəz” – “Keşlə” matçının hakimi dəyişdi
Topaz Premyer Liqasının 22-ci turunun “Kəpəz” – “Keşlə” matçının hakimlər briqadasında dəyişiklik edilib.
SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, səhhəti ilə əlaqədar olaraq Gəncəyə gedə bilməyəcək Elvin Əsgərovu baş hakim kimi İnqilab Məmmədov əvəz edəcək. Oyunda dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.
Qeyd edək ki, "Kəpəz" - "Keşlə" görüşü sabah saat 15:00-da başlayacaq.